Silk Vey Holdinq və şirkətlərinin nizamnamə kapitalı azaldılır

Silk Vey Holdinq və şirkətlərinin nizamnamə kapitalı azaldılır

“Silk Vey Holdinq” MMC və ona daxil olan 3 şirkət – “Silk Vey Vest Aviaşirkəti”, “Silk Vey Aviaşirkəti” və “Silk Vey Development” MMC-lər nizamnamə kapitalını azaltdığını elan edib.

NOCOMMENT.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Vergilər Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir. Bununla belə, kommersiya qurumlarınln kapitaldınakı azalmanın nə qədər olacağı açıqlanmayıb.

Xatırladaq ki, hazırda holdinqin nizamnamə kapitalı 46,1 milyon manat, digər 3 şirkətin nizamnamə kapitalı isə müvafiq olaraq 173,4 milyon manat, 97 milyon manat və 77,3 milyon manatdır.