İran Almaniyaya nota VERDİbackend

İran Almaniyaya nota VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran İslam Respublikası Almaniyaya nota verib.

NOCOMMENT.az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniyanın Tehrandakı səfiri Hans Edo Motsel bu gün İran Xarici İşlər Nazirliyinə çağırılıb.

İran XİN başçısının siyasi məsələlər üzrə müavini Əli Baqiri Almaniya rəsmilərinin İranda iğtişaşlarla bağlı səsləndirdikləri açıqlamalara görə səfirə nota verib.

İran Berlinin mövqeyini beynəlxalq hüququn qayda və prinsiplərinə zidd qiymətləndirib, iki ölkə arasında münasibətlər üçün qəbuledilməz adlandırıb.