İran: İsrail nüvə silahından azad olmalıdırbackend

İran: İsrail nüvə silahından azad olmalıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Qəzzaya nüvə bombası atmağın ehtimallar arasında olduğunu deyən İsrail nazirinə reaksiya verib. BMT Təhlükəsizlik Şurası və Beynəlxalq Atom Enerjisi Agentliyini (MAQATE) İsraili nüvə silahlarından arındırmağa çağırıb.

NOCOMMENT.az xəbər verir ki, o, bu barədə “X” sosial media platformasında paylaşım edib.

İranlı xarici işlər naziri öz yazısında aşağıdakı ifadələrdən istifadə edib:

“İsrailli nazirin atom bombasından istifadə ilə bağlı açıqlamaları administrasiyanın müqavimət qarşısında əsl uğursuzluğunu göstərir.

BMT TŞ və MAQATE bu barbar və aparteid rejiminin nüvəsizləşdirilməsi üçün təcili tədbirlər görməlidir. Sabah gec olacaq. “Bu soyqırıma görə bütün məsuliyyət Ağ Evə məxsusdur”.