İran və Taliban arasında qarşıdurmabackend

İran və Taliban arasında qarşıdurma

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranla Taliban qüvvələrinin sərhədində baş verən qarşıdurma zamanı 2 iranlı sərhədçi və Taliban qüvvələrindən 1 nəfərin həyatını itirib.

NOCOMMENT.az xəbər verir ki, İranın yarı rəsmi Fars Xəbər Agentliyinin bölgədəki mənbələrinə əsaslanan xəbərinə görə, İranın Sistan-Bəlucistan əyalətinin Hirmand rayonunda Sasuli Polis Bölməsi yaxınlığında Talibanın sərhəd qüvvələri ilə İran sərhədçiləri arasında toqquşma olub.

Sərhəd Mühafizə Komandanlığından verilən açıqlamada, sərhəddə baş verən qarşıdurmalarda 2 İran əsgərinin şəhid olduğu, 2 əsgərin yaralandığı bildirilib.

Toqquşmalarda Taliban qüvvələrinin xeyli itki verdiyi bildirilib.