İran yüzlərlə qanadlı raketi hücuma hazırlayıbbackend

İran yüzlərlə qanadlı raketi hücuma hazırlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran İsrailə mümkün həmlə üçün 100 qanadlı raket hazırlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ-nin “ABC News” telekanalı amerikalı rəsmilərə istinadən bildirib.

Rəsmilərdən biri “İranın İsrailə hücumda istifadə edə biləcəyi xeyli sayda dron hazırladığını” diqqətə çatdırıb. Rəsmilər deyiblər ki, sözügedən proseslər İranda bir həftədir davam edir.

“The Wall Street Journal” isə qeyd edib, İran rəhbərliyi İsrailə hücum haqqında yekun qərar verməyib.

Ancaq bununla belə, ABŞ İranın İsrailə gözlənilən hücumu ilə bağlı narahatlıqlar fonunda iki esminesin yerini dəyişib. Gəmilərdən ən azı birinin “Aegis” raket əleyhinə sistemlə təchiz olunduğu vurğulanıb.