İranda daşqınlar nəticəsində azı 20 nəfər ölübbackend

İranda daşqınlar nəticəsində azı 20 nəfər ölüb 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda daşqınlar nəticəsində 19 nəfər ölüb, 3 nəfər itkin düşüb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə İslam Respublikasının Qızıl Aypara Cəmiyyətinin Xilasetmə Xidməti Təşkilatının rəhbəri Babək Mahmudi məlumat verib.

“Son 27 gün ərzində Qızıl Ayparanın xilasediciləri tərəfindən 14 yaralı və xəstə (o cümlədən 2 hamilə qadın) müalicə mərkəzlərinə çatdırılıb, 3 zərərçəkənə hadisə yerində lazımi tibbi yardım göstərilib ”, – deyə Mahmudi bildirib.

Təşkilat rəhbərinin sözlərinə görə, indiyədək xilasetmə xidmətləri ölkənin 23 vilayətində (İranda 31 əyalət var) 50 minə yaxın qurbana yardım edib.

NOCOMMENT.az