İranda edamlar kəskin artıb – BMT-nin HESABATIbackend

İranda edamlar kəskin artıb – BMT-nin HESABATI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən il İranda edamlar 43% artıb.

NOCOMMENT.az xəbər verir ki, BMT-nin İranda insan haqları üzrə xüsusi nümayəndəsi Cavid Rəhman bu gün yekun hesabatında 2023-cü ildə İranda edamların 43% artdığını və ölkədə insan haqları ilə bağlı narahatedici vəziyyətin davam etdiyini açıqlayıb.

O, fəaliyyəti zamanı davamlı müraciətlərinə baxmayaraq, ona heç vaxt İrana səfər icazəsi verilməməsindən təəssüfləndiyini bildirirək, İranda insan haqları ilə bağlı vəziyyətin son dərəcə ciddi olduğunu deyib.

Məlumata görə, 2023-cü ildə ən azı 834 nəfər edam edilib ki, bu da 2022-ci illə müqayisədə 43% artım deməkdir. Ötən il edam edilənlərdən 471 nəfəri narkotik qaçaqmalçılığında ittiham ediliblər.

“Mənim və beynəlxalq ictimaiyyətin narahtlığına baxmayaraq, İranda uşaqların da edamı davam edir və ötən il bir uşaq dar ağacından asılıb. Bununla yanaşı, ən yüksək qadın edam göstəriciləri də İranda qeydə alınıb. 2023-cü ildə ən azı 22 qadının edam hökmü icra edilib”, – deyə, Cavid Rəhman əlavə edib.