İranda son bir ayda otuzdan çox ÖLÜM HÖKMÜbackend

İranda son bir ayda otuzdan çox ÖLÜM HÖKMÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran məhkəməsi son bir ayda 30-dan çox ölüm hökmü çıxarıb.

NOCOMMENT.az xəbər verir ki, İranda İnsan Haqları Fəalları Qrupu məlumat verib ki, İranın Məhkəmə-Ədliyyə Hakimiyyəti ötən ay 35 edam hökmü çıxarmaqla son bir ildə rekord qırıb.

Məlumata görə, eyni zamanda İran məhkəməsi tərəfindən 86 nəfər də edam edilib. Bildirilib ki, 2023-cü ilin yanvar ayı ilə müqayisədə 2024-cü ilin yanvarında edam sayı daha çoxdur.

Qeyd olunub ki, İranda son həftələrdə ölüm hökmlərinin artması bir çox reaksiyalarla qarşılanıb. Belə ki, Avropa Parlamenti dünən qəbul etdiyi qətnamədə İrandakı bütün edama məhkum edilən siyasi məhbusların dərhal azadlığa buraxılmasını tələb edib.