İrandan İsrailə sərt mesaj…backend

İrandan İsrailə sərt mesaj…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran prezidenti İbrahim Rəisi bildirib ki, İsrailin ölkəsinin təhlükəsizliyinə qarşı hər hansı hərəkəti Hayfa və Təl-Əvivin dağıdılmasına gətirib çıxaracaq.

NOCOMMENT xəbər verir ki, Prezident Rəisi paytaxt Tehranda keçirilən Ordu Günü paradında etdiyi çıxışında İran ordusunu “inqilab əleyhdarı ünsürlərə, təkfirçi qruplara və düşmənlərə qarşı güclü maneə” adlandırıb.

Başda ABŞ olmaqla qeyri-regional qüvvələrin Yaxın Şərqdə qeyri-sabitliyə səbəb olduğunu və bu qüvvələrin bir an əvvəl bölgəni tərk etməsi lazım olduğunu bildirən Rəisi İran Silahlı Qüvvələrinin bölgədə olmasının təhlükəsizliyə töhfə verdiyini müdafiə edib.

Parad çərçivəsində həmçinin raketlər, tanklar, zirehli texnikalar, pilotsuz uçuş aparatları, radar sistemləri və hava hücumundan müdafiə raket sistemləri sərgilənib.