İrandan yeni iddia: Xudafərində 7 nəfərlik dəstə zərərsizləşdirilibbackend

İrandan yeni iddia: Xudafərində 7 nəfərlik dəstə zərərsizləşdirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran Sərhəd Birliklərinin komandanı, briqada generalı Əhməd Əli Qudarzi bildirib ki, Şərqi Azərbaycan vilayətinin Xudafərin şəhərində bir terrorçu dəstə darmadağın edilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə məlumatı “Mehr” agentliyi yayıb.

İranlı general iddia edib ki, məhv edilən dəstə 7 nəfərdən ibarət olub.

Komandan, həmçinin xəbərdarlıq edib ki, İran sərhədini pozmaq niyyətində olanlar sarsıdıcı cavabla üzləşəcəklər.

Əhməd Əli Qudarzi qeyd edib ki, İran sərhədləri ən son texnika və təlim keçmiş qüvvələr sayəsində ciddi şəkildə qorunur.

İranlı general zərərsizləşdirilən dəstə üzvlərinin haradan gəldiyini açıqlamayıb.