İraqda həlak olan Türkiyə hərbçilərinin sayı artdıbackend

İraqda həlak olan Türkiyə hərbçilərinin sayı artdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İraqın şimalında keçirilən “Pençe-Kilit” əməliyyat zonasında həlak olan Türkiyə əsgərlərinin sayı artıb.

Bu barədə “NOCOMMENT” Türkiyə mətbuatına istinadən xəbər verir.

Məlumata görə, terrorçular tərəfindən yerləşdirilən partlayıcı qurğunun işə düşməsi nəticəsində həlak olan hərbçilərin sayı 2 nəfərə çatıb. Partlayış nəticəsində həmçinin daha 2 hərbçi yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Türkiyə Milli Müdafiə Nazirliyi həlak olan hərbçilərin ailələrinə başsağlığı verib, yaralananlara şəfa diləyib.

Qeyd edək ki, Türkiyə ordusu İraqın şimalında “Pençe-Kilit” antiterror əməliyyatına aprelin 18-də başlayıb.