İrəvanda mitinq keçirilib, saxlanılanlar varbackend

İrəvanda mitinq keçirilib, saxlanılanlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrəvanda keçirilən etiraz aksiyasının 6 nəfər iştirakçısı polis tərəfindən saxlanılıb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu tədbir polisin qanuni tələblərini yerinə yetirməmələrinə görə görülüb.

“Ey həmvətənlər, oyanın! Hərəkatımıza qoşulun və hakimiyyətin anti-erməni mövqeyi ilə razılaşmadığınızı bildirin”, – deyə “Zartonk” partiyasının rəhbəri Ara Zöhrabyan aksiya zamanı bildirib.

Polis yolun açılmasını tələb edib və etirazçıları saxlamağa başlayıb. Polis şöbəsinə aparılan vətəndaşlar arasında Zöhrabyan da olub.

Qeyd edək ki, “5165” hərəkatının üzvləri küçəyə çıxaraq mərkəz yollarından birini bağlamışdılar, polis də piket iştirakçılarını saxlamağa başlayıb. Noyabrın 22-dən bəzi ictimai təşkilatlar Azərbaycan sərhədinin delimitasiya və demarkasiyasına dair müzakirə olunan məsələləri ictimaiyyətə açıqlamaq tələbi ilə paytaxtda etiraz aksiyaları keçirirlər.