İrəvanda YNH: Hərbi xidmətdə olan nazir oğlu qəza törədibbackend

İrəvanda YNH: Hərbi xidmətdə olan nazir oğlu qəza törədib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda təhsil, elm, mədəniyyət və idman naziri Vaqram Dumanyanın oğlu Qevorq Yerevanda yol-nəqliyyat hadisəsinə düşüb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə məlumatı kriminal “Shamshyan.com” saytı yayıb.

Hadisə paytaxtın Çarav Axbyur küçəsində baş verib. Belə ki, saat 17:20-də nazir oğlunun “Mercedes” markalı avtomobili Telman Atayanın “BMW” və Artyom Ayrapetyanın “Toyota” markalı nəqliyyat vasitələri ilə toqquşub. Yol qəzası nəticəsində xəsarət alan olmayıb. Amma məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, nazir oğlu hazırda hərbi xidmətdə olmalıdır.

Hələ keçən ilin sonunda nazir sosial şəbəkələrdə öyünmüşdü ki, oğlu informatika və tətbiqi riyaziyyat fakültəsinin üçüncü kursunu bitirdikdən sonra möhlət hüququndan imtina edərək orduda xidmətə yollanıb.