İrəvandan İstanbula birbaşa uçuşlar həyata keçiriləcəkbackend

İrəvandan İstanbula birbaşa uçuşlar həyata keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın “Flyone Armenia” aviaşirkəti Türkiyənin İstanbul şəhərinə birbaşa uçuşlar həyata keçirəcək.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, şirkət dekabrın 15-dən etibarən İstanbul da daxil olmaqla 7 istiqamət üzrə birbaşa uçuşlar reallaşdıracaq.

Digər şəhərlər Moskva, Tehran, Lyon, Tel Əviv, Krasnodar, Tbilisi və Kutaisidir.

Şirkətin yaydığı məlumata əsasən, bütün uçuşlar İrəvanda yerləşən “Zvartnots” beynəlxalq hava limanından həyata keçiriləcək. Şirkət ilk reysi Moskva şəhərinə (Vnukovo hava limanı) edəcək.

Biletlərin qiymətinə gəldikdə isə 6 istiqamət üzrə biletin dəyəri 39 avrodan başlayacaq. Lyona isə biletin dəyəri 44 avro olacaq. İstanbul reysləri həftənin bazar ertəsi, çərşənbə və cümə günlərinə planlaşdırılıb.