İsgəndər Həmidovun yaratdığı partiya fəaliyyətini DAYANDIRDIbackend

İsgəndər Həmidovun yaratdığı partiya fəaliyyətini DAYANDIRDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda fəaliyyətinə son verən partiyaların sayı 13-ə çatıb.

NOCOMMENT.az xəbər verir ki, bu gün Azərbaycan Milli Demokrat Partiyası (AMDP) özünü buraxıb.

Partiyanın sədri Tufan Kərim tərəfindən imzalanan bəyanatda üzvlərin qərarı ilə AMDP-nin fəaliyyətinin dayandırıldığı bildirilir.

Partiya 1992-ci ildə İsgəndər Həmidov tərəfindən AXC bazasında qurulub. İlk qurultayını 26 dekabr 1993-cü ildə keçirən partiyanın sədri Bəxtiyar Əhmədov seçilib. Partiya 1994-cü ilin aprelində rəsmi dövlət qeydiyyatından “Bozqurd Partiyası” adlı ilə keçib. Lakin 1995-ci ildə Ali Məhkəmə partiyanın adının konstitusiyaya uyğun olmadığı bildirib və onu ləğv edib, İsgəndər Həmidov isə həbs edilib.

Partiya 11 iyul 1995-ci ildə adını Azərbaycan Milli Demokrat Partiyası olaraq dəyişdirib. Ad dəyişikliyi 1999-cu ildə keçirilən qurultayında rəsmi olaraq təsdiqlənib. 1995–2003-cü illərdə İsgəndər Həmidov həbsdə olduğu üçün partiya rəsmi olaraq qeydiyyat alınmayıb. 2008-ci ildə partiya Tufan Kərimlinin sədrliyində qeydiyyata alınıb.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycanda 59 siyasi partiya qeydiyyatda olub. Mart ayının əvvəlindən partiyalar özünü buraxmağa başlayıb. Yeni Yol Partiyası, Azərbaycan Respublikaçılar Partiyası, Müstəqil Azərbaycan Partiyası, Azərbaycan Vahid Kommunist Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası (ASDP), Azərbaycan Liberal Demokrat Partiyası (ALDP), Milli Vəhdət Partiyası (MVP), Azərbaycan Sosial Rifah Partiyası (ASRP), Azərbaycan Naminə Alyans Partiyası (ANAP), Azərbaycan Təkamül Partiyası, Birlik partiyası və Azərbaycan Azad Respublikaçılar Partiyası öz hüquqi fəaliyyətlərinə xitam vermək barədə qərar qəbul ediblər