Bu ərazilərdə QAZ olmayacaq

Bu ərazilərdə QAZ olmayacaq

Sabah Şəki rayonunun Baş Zəyzid və Vərəzət kəndlərinin təbii qaz təchizatında fasilə yaranacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismar İdarəsi məlumat yayıb.

Buna səbəb payız-qış mövsümünə hazırlıq işlərinin aparılmasıdır.

Məlumata görə, iyunun 9-da saat 10:00-dan etibarən işlər yekunlaşanadək adıçəkilən yaşayış məntəqələrinin qaz təchizatı müvəqqəti dayandırılacaq.