Azərbaycan futbolunun əfsanəsi baş məşqçi postuna gətirildi

Azərbaycan futbolunun əfsanəsi baş məşqçi postuna gətirildi

Röyal Nəcəfovla yolları ayıran "Baku Sportinq"də yeni baş məşqçinin kimliyi məlum olub.

NOCOMMENT.az xəbər verir ki, Birinci Liqa təmsilçisi Samir Ələkbərovu sükan arxasına gətirib.

57 yaşlı mütəxəssis millinin və "Neftçi"nin keçmiş hücumçusudur.

Ötənlərin məşhur oyunçusu məşqçi karyerası ərzində bir neçə yerdə çalışıb.

Bura "Neftçi", "Xəzər Lənkəran", "Sumqayıt" və "İrəvan" kimi komandalar da daxildir.

O, 2019-cu ildən "Baku Sportinq"dədir.

Buzovna klubu akademiyaya nəzarət etməyi Ələkbərova tapşırmışdı.

Təcrübəli mütəxəssis yeni mövsümdən A komandada əsas söz sahibi olacaq./sportinfo.az/