“İslami Cihad” Qəzza zolağında atəşkəsə əməl etməyə hazır olduğunu bəyan edibbackend

“İslami Cihad” Qəzza zolağında atəşkəsə əməl etməyə hazır olduğunu bəyan edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Fələstinin “İslami Cihad” qrupunun  hərbi qanadı olan “Saraya əl-Qüds” qrupunun nümayəndəsi Əbu Həmzə bildirib ki, qruplaşma İsraillə barışıq rejiminə riayət etməyə hazırdır.

“Biz humanitar atəşkəs dövründə hərbi əməliyyatların dayandırılmasına sadiq olduğumuzu bəyan edirik”, – Əbu Həmzə bildirib.

Bundan əlavə, Əbu Həmzə tərəflər arasında girovların mübadiləsinə dair razılaşmaya münasibət bildirib. O, Fələstin xalqının öz vətəndaşlarını heç vaxt həbsdə qoymayacağını bildirib. Onun sözlərinə görə, onlar bütün məqsədlərinə çatana qədər “mübarizədən əl çəkməyəcəklər”.