İsrail tərəfi İranla əlaqələrin koordinasiyasına cavabdeh olduğu bildirilən “Hizbullah” silahlı qruplaşmasının üzvünün öldürüldüyünü açıqlayıb.
NOCOMMENT.az xəbər verir ki, İsrail hərbçilərinin yaydığı məlumata görə, Hərbi Hava Qüvvələri tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Rza Xəzai adlı “Hizbullah” üzvü məhv edilib. İsrail ordusu onu qruplaşmanın İranla fəaliyyətinin əlaqələndirilməsinə cavabdeh şəxs kimi təqdim edib.
Açıqlamada bildirilir ki, Xəzai SEPAH adından “Hizbullah”ın potensialının gücləndirilməsi bölməsinə rəhbərlik edib və eyni zamanda qurumun Livan korpusunun qərargah rəisi vəzifəsini tutub. İsrail hərbçilərinin iddiasına görə, o, “Hizbullah”ın hərbi imkanlarının artırılmasında əsas fiqurlardan biri olub və qruplaşma ilə İran arasında əlaqələri idarə edib.
Sara
NOCOMMENT.az













