İsrail raketlə vurulur: Netanyahu təcili iclas çağırdıbackend

İsrail raketlə vurulur: Netanyahu təcili iclas çağırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Livandan İsrailə kütləvi raket hücumu başlayıb.

NOCOMMENT Axar.az-a istinadən xəbər verir ki, bu haqda İsrailin “kodkodgroup” Teleqram kanalı məlumat yayıb.

Atılan raketlərdən 15-i Dəmir Qübbə tərəfindən zərərsizləşdirilsə də, yaşayış yerlərinə düşən raketlər də var.

Hücum nəticəsində 3 nəfərin yaralandığı bildirilir.

Baş nazir Netanyahu Təhlükəsizlik Şurasının təcili iclasını keçirib. Hayfa hava limanı və ölkənin şimal hissəsində hava məkanı uçuşa bağlanıb. İsrail qırıcılarının Livan istiqamətində uçuşlar keçirdiyi bildirilir.

***

Livan ərazisindən ən azı 34 raket buraxılıb, onlardan 25-i havadan müdafiə sistemləri tərəfindən məhv edilib, daha 5 raket isə İsrail ərazisinə düşüb.

Bu barədə İsrail ordusunun məlumatında deyilir.

***

Livan ərazisindən İsrailə hücumların arxasında HƏMAS hərəkatı dayana bilər.

Bu barədə İsrailin KAN radiostansiyası ordunun yüksək rütbəli hərbçisinə istinadən məlumat yayıb.