İsraildən BƏƏ-yə hərbi dəstək: “Iron Beam” lazer sistemi Əbu-Dabidəbackend

İsraildən BƏƏ-yə hərbi dəstək: “Iron Beam” lazer sistemi Əbu-Dabidə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail İranla davam edən gərginlik fonunda Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) özünün ən müasir hava hücumundan müdafiə texnologiyalarından birini ötürüb.

“Financial Times”ın məlumatlı mənbələrə istinadən yaydığı xəbərə görə, söhbət pilotsuz uçuş aparatlarını və qısa mənzilli raketləri zərərsizləşdirmək üçün nəzərdə tutulmuş “Iron Beam” lazer sistemindən gedir.

NOCOMMENT.az xəbər verir ki, bu addım BƏƏ-ni İranın dron və raket hücumlarından qorumaq məqsədi daşıyır. Lazer sistemi ilə yanaşı, Əbu-Dabiyə 20 kilometr məsafədən dronları aşkarlamaq qabiliyyətinə malik “Spectro” adlı yüngül müşahidə sisteminin də çatdırıldığı bildirilir.

Bundan əvvəl “Axios” nəşri İsrailin BƏƏ-yə məşhur “Iron Dome” (Dəmir Qübbə) sistemini və ona xidmət edəcək hərbi personalı göndərdiyini xəbər vermişdi. Bu hərbi tədarüklər regional münaqişə fonunda İsrail və BƏƏ arasındakı strateji və hərbi əməkdaşlığın görünməmiş dərəcədə dərinləşdiyini göstərir.

Sara,
NOCOMMENT.az