İstanbul Hava Limanı Avropanın ən işlək hava limanı seçildibackend

İstanbul Hava Limanı Avropanın ən işlək hava limanı seçildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbul Hava Limanı 10-16 iyul tarixlərində gündəlik orta hesabla 1487 uçuşla Avropanın ən işlək hava limanı olub.

NOCOMMENT.az xəbər verir ki, Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatının 10-16 iyul tarixləri üçün Avropa Aviasiya Hesabatı dərc olunub.

Hesabata görə, İstanbul Hava Limanı bu dövr ərzində gündəlik orta hesabla 1487 uçuşla Avropanın ən işlək hava limanları arasında birinci olub.

İstanbul hava limanını gündəlik orta hesabla 1395 reyslə “Amsterdam Schiphol”  və 1340 uçuşla Paris “Şarl de Qoll” hava limanları izləyib.

Antalya Hava Limanı isə gündə orta hesabla 1018 uçuşla yeddinci yerdə qərarlaşıb.

NOCOMMENT.AZ