İstanbuldakı yanğında 27 nəfər öldü – Yenilənibbackend

İstanbuldakı yanğında 27 nəfər öldü – Yenilənib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbulda 16 mərtəbəli binada yanğın baş verib.

NOCOMMENT.az “qafqazinfo”ya istinadən xəbər verir ki, binanın birinci mərtəbəsində qeydə alınan yanğın zamanı 8 nəfər həlak olub, daha 9 nəfər isə yaralanıb.

Yanğının sözügedən mərtəbədə təmir zamanı başladığı bildirilir. Hadisə qeydə alınan məkan gecə klubu olaraq istifadə edilib.

***

Beşiktaşda baş verən bu hadisə zamanı ölənlərin sayı 12-yə çatıb. Daha 11 nəfərin yaralı olduğu bildirilir. Onlardan 7-sinin vəziyyəti ağırdır.

***

Hadisə zamanı ölənlərin sayı 15-ə yüksəlib.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin daxili işlər naziri Ali Yerlikaya zəng edərək hadisə ilə bağlı məlumat alıb.

***

“NTV”nin məlumatına görə, yanğında 25 nəfər həlak olub. Hazırda 3 yaralı şəxsin vəziyyətinin ağır olduğu bildirilir. 

***

“Hürriyet”in məlumatına görə, hadisə nəticəsində həlak olanların sayı 27-yə çatıb.