İsveç NATO-ya üzvlük prosesini DAYANDIRDIbackend

İsveç NATO-ya üzvlük prosesini DAYANDIRDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müqəddəs “Qurani-Kərim”in yandırılması ilə bağlı aksiyalar fonunda İsveç NATO-ya üzvlük prosesini dayandırıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə İsveçin xarici işlər naziri Tobias Billström “Expressen* qəzetinə müsahibəsində bildirib.

O, NATO ölkələrinin xarici işlər nazirlərinin iyulda Vilnüsdə keçiriləcək sammitində Türkiyənin İsveçin alyansa qoşulmasına razılıq verəcəyinə ümid etdiyini vurğulayıb

“Son bir neçə həftə ərzində baş verənlər NATO-ya qoşulma prosesini müvəqqəti dayandırdı… Əlbəttə, biz Vilnüsdə keçiriləcək sammiti səbirsizliklə gözləyirik”, – nazir deyib.

Qeyd edək ki, NATO-nun növbəti sammiti 2023-cü il iyulun 11-12-də Vilnüsdə keçiriləcək.
modern