İsveçdə terror təşkilatı PKK tərəfdarlarından təxribatbackend

İsveçdə terror təşkilatı PKK tərəfdarlarından təxribat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Terror təşkilatı PKK/YPG tərəfdarları terror təşkilatını simvolizə edən əskinin şəklini proyektorla İsveçdə parlament binasının çölünə proyeksiya ediblər.

NOCOMMENT.az xəbər verir ki, İsveçlə əlaqəli sosial media hesablarında təşkilatı simvolizə edən parçanın binanın divarına proyeksiya edildiyi görüntüləri paylaşan terror təşkilatı PKK/YPG tərəfdarları yayımladıqları başqa bir videoda istifadə etdikləri ifadə və görüntülərlə prezident Ərdoğanı, İsveçin baş naziri Ulf Kristerssonu və xarici işlər naziri Tobias Billströmanı təxribata çəkiblər.

Kristersson və Billströmə qarşı təhqirlərin yer aldığı videoda prezident Ərdoğanın afişasının yandırılması görüntüləri də yer alıb.

Sözügedən videoların yer aldığı paylaşımda terror təşkilatı PKK/YPG tərəfdarlarının İsveçdə iyunun 1-də qüvvəyə minəcək yeni terror cəza qanununa etirazlarını Stokholmun “Norra Bantorget” meydanında keçirəcəkləri bildirilib.

NOCOMMENT.AZ