İsveçin keçmiş XİN rəhbərindən Türkiyə AÇIQLAMASIbackend

İsveçin keçmiş XİN rəhbərindən Türkiyə AÇIQLAMASI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveçin keçmiş xarici işlər naziri Ann Linde Türkiyənin ciddi terror hücumlarına məruz qaldığını və İsveç də daxil olmaqla digər ölkələrin bu vəziyyəti ciddiyə almadığını bəyan edib.

NOCOMMENT.az xəbər verir ki, İsveç dövlət televiziyası SVT-nin ölkənin NATO-ya üzvlük üçün müraciət prosesini işıqlandıran “Processen” sənədli filmində fikirlərinə yer verən İsveçin keçmiş xarici işlər naziri Ann Linde Türkiyənin terrorla bağlı çıxışında haqlı olduğunu bildirib.

Terror təşkilatı PKK/YPG-nin İsveçdə maliyyə qaynaqlarına malik olduğunu qeyd edən Linde, “Ərdoğanın maliyyə qaynaqlarını tənqid etmək hüququ var. Buraya Ərdoğanın İsveçin terrorçu kimi təsnif edilən PKK-dan təhlükə almadığını tənqid etmək haqqı da daxildir”, – o dedi.

Xatırladaq ki, Ann Linde 10 sentyabr 2019-cu ildən 2022-ci il oktyabrın 17-dək Sosial Demokrat hökumətində xarici işlər naziri vəzifəsində çalışıb. İsveç 18 may 2022-ci ildə Linde dövründə NATO-ya üzvlük üçün müraciət edib
.
NOCOMMENT