İtaliyada koronavirusa yoluxma sayında rekord azalmabackend

İtaliyada koronavirusa yoluxma sayında rekord azalma

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyada koronavirusa yoluxma sayında rekord səviyyəsində azalma qeydə alınıb.

NOCOMMENT.az RİA Novostiyə istinadən xəbər verir ki, ölkənin Mülki Müdafiə Xidməti son sutkada 744 yoluxma halı aşkarlandığını, reanimasiyada olanların sayının isə min nəfərdən aşağı düşdüyünü bildirib.

Bildirilib ki, son sutka ərazində ölkədə 179 nəfər koronavirusun qurbanı olub.

Həmçinin vurğulanıb ki, epidemiyanın başlamasından bəri ilk dəfə olaraq, reanimasiyada olan xəstələrinin sayı mindən 999-a düşüb. Aprel ayının əvvəlindən bu rəqəm 6 mindən 4 minə enməyə başlamışdı.

Qeyd edək ki, ölkə üzrə yoluxma sayı ümumilikdə 219 814, ölənlərin sayı isə 30 739 nəfərə çatıb.