İtaliyanın baş naziri Meloni: Türkiyənin üzvlük prosesi gündəmdə deyilbackend

İtaliyanın baş naziri Meloni: Türkiyənin üzvlük prosesi gündəmdə deyil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyanın baş naziri Giorgia Meloni İtaliya mətbuatına açıqlamasında “Türkiyənin Avropa İttifaqına üzvlük prosesi hazırkı kontekstdə gündəmdə deyil” ifadələrini səsləndirib.

NOCOMMENT.az xəbər verir ki, İtaliyanın baş naziri Giorgia Meloni Litvanın paytaxtı Vilnüsdə keçirilən NATO Liderlər Zirvə toplantısından sonra mətbuat mənsublarının suallarını cavablandırıb.

İtaliya baş nazirinin Türkiyənin Aİ-yə üzvlüklə bağlı açıqlaması diqqət çəkib.

“Düşünürəm ki, bu mövzu hələ çox uzaqdır. Bunu prioritet hesab etməyən mövqeyimizdən başqa, Avropa İttifaqı daxilində də müxtəlif çətinliklər var”

Avropa İttifaqının Qərbi Balkanlar da daxil olmaqla genişlənmə prosesi üzərində işlədiyini qeyd edən Meloni, “İndiki kontekstdə Türkiyənin Aİ-yə üzvlük prosesi gündəmdə deyil” deyə açıqlama verib.

NOCOMMENT.AZ