İzmirdə binaların uçmasına görə 9 nəfər həbs edildibackend

İzmirdə binaların uçmasına görə 9 nəfər həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin İzmir şəhərinin Seferihisar rayonunda meydana gələn 6,6 ballıq zəlzələdə uçan binaların podratçıları və tikintiyə məsul şəxslər daxil olmaqla 11 nəfərdən 9-u həbs edilib.

NOCOMMENT.az Türkiyə mediasına istinadən xəbər verir ki, zəlzələdən sonra İzmir şəhər prokurorluğu tərəfindən açılan cinayət işi nəticəsində 2 nəfərin də saxlanılması istiqamətində işlər davam etidirilir.

Son məlumata görə zəlzələ nəticəsində 91 nəfər ölüb, 994 nəfər isə xəsarət alıb. Təbii fəlakət zamanı 20 bina çöküb, 26-sı isə qəzalı vəziyyətə düşüb.

Bildirilir ki, qəzalı vəziyyətdə olan binaların da sökülməsinə qərar verilib.