Kaya Kallas Rusiyanın Ukraynada qalib gələcəyi təqdirdə dünyanın necə dəyişəcəyini açıqlayıbbackend

Kaya Kallas Rusiyanın Ukraynada qalib gələcəyi təqdirdə dünyanın necə dəyişəcəyini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Estoniyanın baş naziri Kaya Kallas Ukraynanın Rusiya ilə münaqişədə qalib gələ bilməyəcəyi fikrini rədd edib və ABŞ Konqresini Kiyevə dəstək üçün vəsait ayırmağa çağırıb.

NOCOMMENT.az xəbər verir ki, o, “Fox News”-a müsahibəsində deyib ki, əks halda Rusiya qalib gəlsə, Çin, İran və KXDR “de-fakto dünya liderləri” olacaq.

“Əgər ABŞ Ukraynanı dəstəkləməsə, Rusiya qalib gələcək. Və sonra Rusiyanın dostları – Çin, İran və Şimali Koreya faktiki olaraq dünya liderləri olacaqlar. Biz isə belə bir dünya istəmirik”, -deyə Kallas bildirib.

Onun sözlərinə görə, Rusiyanın məqsədi Qərbi Ukraynanın hərbi münaqişədə qalib gələ bilməyəcəyinə inandırmağa çalışmaqdır.