Kəşfiyyat məlumatı vardı ki, ermənilər müxtəlif istiqamətlərdən hücuma hazırlaşırlarbackend

Kəşfiyyat məlumatı vardı ki, ermənilər müxtəlif istiqamətlərdən hücuma hazırlaşırlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

44 günlük Vətən müharibəsindən 1 il ötür. 30 il işğal altında qalan torpaqlarımız 44 gün müddətində azad edildi.

Sentyabrın 26-dan 27-nə keçən gecə başlayan müharibə gözlənilən idimi? Qələbənin siyasi tariximizdə rolu və yeri necə oldu?

NOCOMMENT xəbər verir ki, politoloq Qabil Hüseynli mövzu ilə bağlı yenisabah-a danışıb.

O, həmin zamanın müharibə üçün ən labüd vaxt olduğunu bildirib: “İkinci Qarabağ müharibəsi başqa vaxt da ola bilərdi. Lakin sentyabrın 27-i müharibənin baş verməsi labüd idi. Çünki ermənilər həmin günə qədər həm danışıqlar prosesində, həm də cəbhə boyu xətlərdə Azərbaycanı qıcıqlandıracaq, qəzəbləndirici hərəkətlərə sövq edəcək addımlar atırdı.

Nikol Paşinyanın hakimiyyətə gəlməsi ilə Azərbaycan və Ermənistan arasındakı danışıqlar prosesi dayandı. Bu prosesin bərpa edilməməsi üçün Paşinyan və onun komandası qəbul edilməsi qeyri-mümkün olan addımlar atdı. Danışıqlar prosesi Ermənistanın “səyləri” ucbatından dəfn edildi. Digər tərəfdən ermənilər işğal edilmiş ərazilərlə təmas xəttində və Ermənistan Azərbaycan sərhəddində sükutu pozan ciddi əməllərə əl atdılar. Tovuza hücum bunun bariz nümunəsi oldu. Tovuza hücum edən düşmən böyük zərbə ilə yerinə otuzduruldu.

Azərbaycanın kəşfiyyat orqanları sentyabrın 27-nə qədər cəbhənin müxtəlif istiqamətlərində, xüsusilə təmas xətti boyunca Ermənistan ordusunun müharibə üçün ciddi hazırlıqlarını, hücuma hazırlaşdığını müəyyənləşdirdi.

Ermənilər sentyabrın 26-dan 27-nə keçən gecə təmas xətti ilə Tərtər, Goranboy, Ağdam istiqamətində həm hərbi mövqelərimizə, həm də mülki əhalinin yaşadığı ərazilərə artilleriya, minomyotlarla hücuma keçdilər. Azərbaycan erməni tərəfinin sakit durmayacağını, daha çox mülki əhaliyə ziyan vuracağını anladı və ordumuz hazır vəziyyətə gətirildi və müharibə başladı.

Müharibə zamanı Şuşanın alınması həm hərbi texniki cəhətdən, həm də ümumi olaraq rusları və erməniləri xeyli sarsıtdı.

Şuşa azad edildikdən sonra Rusiya atəşkəs üçün daha qətiyyətli addımlar atdı.

Hər kəs bilir ki, bu proseslər zamanı Rusiya, İran Ermənistana silah yardımı edirdi. Qardaş ölkə Türkiyə isə həm siyasi həm də mənəvi cəhətdən bizim yanımızda oldu.

44 günlük müharibə, müzəffər Azərbaycan Ordusunun, Ali Baş Komandanın həm hərb meydanında, həm də təbliğat meydanında miqyaslı hərəkətləri ilə Azərbaycanın yüz illik tarixində misilsiz bir hərbi əməliyyatlar sisteminə imza atdı və Qarabağa probleminin həllində əsaslı dönüşün yaradılmasına nail oldu”.

Politoloq Aprel döyüşlərindən də xatırlatma edib: “2016-cı ilin hərbi əməliyyatları göstərdi ki, Azərbaycan ordu quruculuğu sahəsində inamlı addımlar atıb. 2016-cı ildə də Azərbaycan ordusu ildırım surəti ilə “Ohanyan” xəttini dağıtdı və 12-dən çox yüksəkliyi, Talış kəndini azad etdi.

2016-cı ildə baş verən əməliyyatlar göstərdi ki, Azərbaycan Ermənistan ordusu üzərində üstünlüyə malikdir. Aprel döyüşlərindən sonra 44 günlük müharibə ilə qələbə qazandıq”.