Kiçildilmiş mədə yenidən uzana bilər – Həkimbackend

Kiçildilmiş mədə yenidən uzana bilər – Həkim

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cərrahi yolla rezeksiya olunmuş, kiçildilmiş mədə sonradan yenidən uzana bilir.

NOCOMMENT.az medicina-ya istinadən xəbər verir ki, terapevt Marqarita Koroleva piylənmə və artıq çəkidən xilas üçün mədə kəsilməsinin hansı halda uyğun olduğunu bildirib.

“Bu əməliyyat heç bir müalicə, həyat tərzi dəyişilməsi ilə korreksiyaya tabe olmayan, ağır forma piylənməsi olan pasiyentlərə edilir.

Bariatrik əməliyyat üçün çox ciddi göstərişlər lazılmdır. Bu əməliyyat bədən kütlə indeksi artıq 40-ı keçən morbid forma piylənmədə icra edilir.

Mədənin tikilərək kiçildilməsi sonradan qida vərdişinin dəyişməsi nəticəsində yenidən uzanmamasına zəmanət vermir.

Bu əməliyyatdan sonra xəstənin uzun müddət reabilitasiyası və ciddi pəhrizi tələb olunur. Bariatrik əməliyyatda məhz qida maddələrinin həzm olunmasına cavabdeh olan hissə kəsilir.

Bunu kompensasiya etmək və defisiti bərpa etmək üçün mütləq əlavə vitaminlər, BAD-lar içmək lazımdır, əks təqdirdə müxtəlif xəstəliklər yarana bilər.

Eləcə də bu əməliyyatı keçirənlər müntəzəm qastroenteroloq nəzarətində olmalıdır”.