Kişi sağlamlığı üçün ən vacib qidalar – Duzu azaldınbackend

Kişi sağlamlığı üçün ən vacib qidalar – Duzu azaldın

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az medicina.az-a istinadən xəbər verir ki, Kişi sağlamlığı üçün ən zərərli və ən faydalı qidaları həkim psixoterapevt Mixail Qinzburq açıqlayıb.

Həkim kişiləri daha çox meyvə, tərəvəz, göyərti yeməyə, duz və şəkəri azaltmağa çağırıb.

“Ürək-damar sistemini, fiziki-emosional vəziyyəti yaxşı saxlamaq üçün duzu azaltmaq lazımdır. Çünki orqanizmdə duz çoxluğu qadınlara nisbətən kişilərə daha çox təsir edir.

Kişilərə ikinci zərərli faktor – pis yağlardır: marqarin, trans yağ. Eləcə də pis zülal – qırmızı ət, sosis, kolbasa və s.

Kişilər sağlam qidaları sevmir, qarabaşağı, göyərtini kişi yeməyi hesab etmirlər. Amma əksinə kişilər göyərti yeməlidir ki, onda B qrup vitaminləri var. Və bu damarların tıxanmasının qarşısını alır.

chəftəlik rasionuna nələr daxil etməlidir: yağlı dəniz balığı, yaxşı bitki yağları – zeytun, kətan, tərəvəzlərdən çuğundur, kök, balqabaq, göyərti və meyvələr, eləcə də çərəzlər – onlar sink və maqniy mənbəyidir. 70% kişilərin menyusunda sağlam qida yoxdur. Buna məsul şəxslərdən biri də ana və həyat yoldaşlarıdır. Onlar masanı balanslı etməlidir”.