Kiyev Qərbin Ukraynaya davamlı olaraq kömək etməyəcəyini etiraf etdibackend

Kiyev Qərbin Ukraynaya davamlı olaraq kömək etməyəcəyini etiraf etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az xəbər verir ki, Qərb ölkələri Ukraynanı daimi olaraq “qidalandırmayacaq” və xaricdən yardım almaq getdikcə çətinləşəcək. Bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov “Böyük Lvov danışır” telekanalına müsahibəsində bildirib.

O qeyd edib ki, Ukraynaya maliyyə və hərbi yardımın yeni tranşlarının ayrılması ilə bağlı çətinliklər heç kimin hərbi münaqişənin “bu qədər uzun sürəcəyini” gözləməməsi ilə bağlıdır.

“Nə qədər irəli getsən, bir o qədər çətin olacaq. Bu etiraf edilməlidir. Ömrümüz boyu qidalanacağımızı və bütün ömrümüz boyu kömək alacağımızı düşünməyə ehtiyac yoxdur”, – Danilov qeyd edib.