Koreya və ABŞ hərbi təlimlərə başlayır – Nüvə qüvvələri…backend

Koreya və ABŞ hərbi təlimlərə başlayır – Nüvə qüvvələri…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koreya və ABŞ “Azadlıq qalxanı” hərbi təlimlərinə başlayır. Manevrlər martın 14-dək davam edəcək.

NOCOMMENT.az xəbər verir ki, təlim zamanı hərbçilər quruda, dənizdə, havada və kiberməkanda hərəkətləri, həmçinin düşmən nüvə qüvvələrinə cavab vermək üçün “kosmik aktivlərdən” istifadəni məşq edəcəklər.

Təlimlərdə BMT Komandanlığına üzv olan 12 ölkənin nümayəndələri də müşahidəçi qismində olacaq. Manevrlər zamanı Şimali Koreyanın qanadlı raketlərinin aşkarlanması və ələ keçirilməsi praktikası da həyata keçiriləcək.

Qeyd edək ki, ilin əvvəlində Şimali Koreya “Strela” və “Atəş” qanadlı raketlərini sınaqdan keçirib.