Koronavirus STATİSTİKASI: Yoluxma sayında kəskin azalmabackend

Koronavirus STATİSTİKASI: Yoluxma sayında kəskin azalma

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 503 nəfər müalicə olunaraq sağalıb, 118 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 227 391 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 215 771 nəfər müalicə olunaraq sağalıb, 3 022 nəfər vəfat edib. Aktiv xəstə sayı 8 598 nəfərdir.

Ötən müddət ərzində 2 321 592 test aparılıb. Bugünkü test sayı isə 3 399-dur.