Koronavirusa yoluxan 19 yaşlı futbolçu dünyasını dəyişdibackend

Koronavirusa yoluxan 19 yaşlı futbolçu dünyasını dəyişdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyanın “Atletiko Terme Fyuci” komandasının futbolçusu Marko Tampvo dünyasını dəyişib.

NOCOMMENT.az “Report”a istinadən xəbər verir ki, ilk ehtimala görə, 19 yaşlı oyunçunun ölümünə infarkt səbəb olub.

Bir neçə gün öncə koronavirusa yoluxan Tampvonun vəziyyəti qəflətən pisləşib. Nəticədə valideynləri təcili tibbi yardım çağırıblar. Lakin həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, “Atletiko Terme Fyuci” klubu İtaliyanın D Seriyasında çıxış edir.