“Krasnodar” “Qarabağ”ın daha bir futbolçusunu istəyirbackend

“Krasnodar” “Qarabağ”ın daha bir futbolçusunu istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kadi Borgesi heyətinə qatan “Krasnodar” klubu “Qarabağ”ın daha bir legioneri ilə maraqlanır.

NOCOMMENT.az xəbər verir ki, Rusiya Premyer Liqası təmsilçisi Ağdam təmsilçisinin yarımmüdafiəçisi Leandro Andradeni də transfer etmək istəyir.

Bu barədə “Sport-Ekspress” nəşri məlumat yayıb. Tərəflər arasındakı danışıqların davam etdiyi bildirilir.

“Krasnodar” Kadi Borgesin transferi üçün “Qarabağ”a 5 milyon avro ödəyib.