Naxçıvanda şikayəti rədd edildi, Bakıda baxılacaqbackend

Naxçıvanda şikayəti rədd edildi, Bakıda baxılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabah Ali Məhkəmədə Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun məhkəməsi keçiriləcək.

NOCOMMENT.az xəbər verir ki, sabiq general-leytenantın məhkəməsi kassasiya şikayəti ilə bağlı yox, prosessual müddətin bərpasına görədir. Belə ki, o, barəsindəki həbs qərarından Naxçıvan Ali Məhkəməsinə şikayət etsə də, qanuni müddəti ötürdüyü üçün şikayət rədd edilib. Buna görə də, Ə.Əhmədovun müdafiəçiləri Naxçıvan Ali Məhkəməsinin çıxardığı qərardaddan Azərbaycan Ali Məhkəməsinə müraciət edib.

Cinayət Prosessual Qanunvericiliyə görə, Ali Məhkəmə müddətin bərpası ilə bağlı müraciəti təmin edərsə, generalın apellyasiya şikayətinə avtomatik olaraq kassasiya şikayəti kimi Azərbaycan Ali Məhkəməsində baxılacaq.

Qeyd edək ki, 17 il Naxçıvan MR-in daxili işlər naziri olmuş Ə.Əhmədov 2021-ci ildə həbs olunub. 9 milyon manat rüşvət almaqda təqsirli bilinən Əhmədov Naxçıvan Hərbi Məhkəməsinin hökmü ilə 11 il müddətə azadlıqdan məhrum edilib. General-leytenant rütbəsi əlindən alınıb.

İki ay öncə cəzaçəkmə müəssisəsində səhhəti pisləşən Ə.Əhmədov Naxçıvan Diaqonostika Mərkəzinə köçürülüb. Hazırda orada müalicəsi davam etdirilir. Onu sabahki prosesdə müdafiəçiləri təmsil edəcək.