Ağstafada qadın bıçaqlandı – Sevgilisi tutuldu / YENİLƏNİB

Ağstafada qadın bıçaqlandı – Sevgilisi tutuldu / YENİLƏNİB

30.10.2025–ci il tarixdə saat 00:30 radələrində xəsarət alması səbəbilə 1982-ci il təvəllüdlü şəxs (qadın) Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili və tibbi yardım şöbəsinə hospitalizasiya edilib. 

TƏBİB-dən NOCOMMENT.az -a verilən məlumata görə, ona sol qasıq nahiyəsinin deşilmiş yarası diaqnozu təyin edilib.

Hazırda pasiyentin müalicəsi Cərahiyyə şöbəsində davam etdirilir.

Vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

***09:12

Ağstafada 43 yaşlı qadını bıçaqlayan şəxs tutulub.

NOCOMMENT.az -ın Qərb bürosunun məlumatına görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində E. Kiçikovaya kəsəci-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən, Qazax rayon sakini, 30 yaşlı Elmin Qocayev saxlanılıb.

Araşdırmalar davam etdirilir

***08:44

Ağstafada bıçaqlanma hadisəsi baş verib.

NOCOMMENT.az -ın Qərb bürosunun məlumatına görə, rayon sakini 1982-ci il təvəllüdlü E.Kiçikova qarının ön divarının bıçaq xəsarəti ilə xəstəxanaya yeləşdirilib.Dərhal qadına ilkin tibbi yardım edilib.

Vəziyyəti ağır olduğundan Qazax rayon mərkəzi xəstəxanasına aparılıb.

Məlumata görə, qadın sevgilisi tərəfindən bıçaqlanıb.

Qadının rayonda yerləşən kafelərin birində işlədiyi bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.Fakt araşdırılır.