Goranboy rayonunda dəhşətli qətl hadisəsi baş verib.
NOCOMMENT.az xəbər verir ki, 1992-ci il təvəllüdlü Rövşən Məmmədov idarə etdiyi avtomobillə boşanma ərəfəsində olduğu həyat yoldaşı, 2003-cü il təvəllüdlü Sevinc Məmmədovanın sürdüyü maşına qəsdən çırpılıb.
Daha sonra o, avtomobildən düşərək Sevinc Məmmədovanı bıçaqlayaraq qətlə yetirib.
Hadisə zamanı avtomobildə olan Sevinc Məmmədovanın ögey anası, Ukrayna vətəndaşı, 1974-cü il təvəllüdlü Natalya Xudenka da həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
***
Goranboyda dəhşətli qətl hadisəsi baş verib.
NOCOMMENT.az xəbər verir ki, hadisə rayonun Veyisli kəndində qeydə alınıb. İki qadını öldürən şəxs sonra ərazidən uzaqlaşaraq sahəyə gedib və orada aldığı xəsarətlərdən ölüb.
Hadisə yerinə polis və prokurorluq orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb./Teleqraf/, /Bakupost/












