Bakıda oğru evə basqın etdi: Ər və arvadı öldürdü

Bakıda oğru evə basqın etdi: Ər və arvadı öldürdü

Bakıda qətl hadisəsi baş verib.

NOCOMMENT.az-ın məlumatına görə, hadisə mayın 25-də səhər saatlarında paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən mənzillərdən birində qeydə alınıb.

Qarət məqsədilə evə daxil olan naməlum şəxs ev sahibləri - 1946-cı il təvəllüdlü Sabir Əliyev və həyat yoldaşına bıçaqla xəsarətlər yetirib. Nəticədə ər-arvad hadisə yerində ölüb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 1997-ci il təvəllüdlü Murad Niftəliyev saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.(oxu.az)