Hindistanın Carxand ştatının Qiridix rayonunun Turukdixa kəndində 40 yaşlı kişi üç qızını qətlə yetirib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə məlumatı "The Times of India" qəzeti yayıb.
Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, qətlə yetirilən qızlardan ikisinin 6 yaşı, üçüncünün isə 17 yaşı olub.
Hadisəni törədən şəxs artıq polis tərəfindən saxlanılıb.
İlkin məlumatlara görə, ata cinayəti törədərkən kəsici-deşici alətdən istifadə edib. Dəhşətli qətliamın hansı səbəbdən baş verdiyi hələlik müəyyən edilməyib.
Xatırladaq ki, bir müddət əvvəl, 8 martda Hindistanın Telanqana ştatında da oxşar cinayət qeydə alınıb. Həmin vaxt ata üç qızını su çənində boğaraq qətlə yetirib./Musavat.com/











