Ukraynadan Rusiyaya DƏHŞƏTLİ HÜCUM - VİDEO

Ukraynadan Rusiyaya DƏHŞƏTLİ HÜCUM - VİDEO

Ukrayna ordusu Rusiyanın daxili regionlarında yerləşən strateji iqtisadi və hərbi infrastruktur obyektlərinə raket və pilotsuz uçuş aparatları ilə genişmiqyaslı hücum həyata keçirib, nəticədə bir neçə vilayətdə güclü yanğınlar və ciddi dağıntılar qeydə alınıb.

NOCOMMENT.az xarici mətbuata istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin hücum coğrafiyası Rusiyanın həm sərhəd, həm də daxili vilayətlərini əhabə edib. Çuvaşıstanın rəhbəri Oleq Nikolayevin sözlərinə görə, Çeboksarıda yerləşən və dronlar üçün mühüm komponentlər istehsal edən "VNİİR-Proqress" müdafiə müəssisəsinə endirilən raket zərbəsi nəticəsində 3 nəfər xəsarət alıb və zavod ərazisində yanğın başlayıb.

Eyni zamanda Samarada yerləşən "Rosneft" şirkətinə məxsus Quybışev neft emalı zavodu da dronların hədəfi olub və şəhərin cənub kənarındakı obyektdə alovlanma qeydə alınıb. NASA-nın FIRMS peyk xidməti isə Vladimir vilayətində "Transneft"ə məxsus "Vtorovo" və "Lobkovo" neftvurma stansiyalarında güclü yanğınlar qeydə alıb ki, bunu yerli qubernator da təsdiqləyib.

Digər tərəfdən, Ukrayna sərhədindən minlərlə kilometr uzaqlıqda yerləşən Omsk vilayətində regionun tarixi boyu ilk dəfə rəsmən dron təhlükəsi rejimi elan edilib, ilhaq edilmiş Sevastopolda isə Krım müharibəsinə həsr olunmuş yüzillik tarixi olan məşhur muzey-panorama binası dron hücumu nəticəsində zərər görüb. Rusiya Müdafiə Nazirliyi onlarla PUA-nı zərərsizləşdirdiyini iddia etsə də, strateji nöqtələrdə qeydə alınan yanğınlar zərbələrin effektivliyini göstərir.