Dəhşət! Həyat yoldaşını güllələyib öldürdü – Şamaxıdakı qətlin TƏFƏRRÜATI / VİDEO

Dəhşət! Həyat yoldaşını güllələyib öldürdü – Şamaxıdakı qətlin TƏFƏRRÜATI / VİDEO

Şamaxıda qadın əri tərəfindən güllələnib öldürülüb.

Bir müddət əvvəl də aralarında mübahisələr olduğu bildirilir. Qız evi qızlarını oğlandan qoruyurlarmış.

Belə ki, 3 ayın gəlini olan G.Eynalova öz valideynlərinə zəng edib deyib ki, həyat yoldaşı P.Tağiyev onu döyür. Onlar da qizi evlərinə qaytarıblar. Səhər ana qapını bağlayıb işə çıxıb getdikdən sonra oğlan evə girərək, qızı yatdığı yerdə güllələyib öldürüb.

Hazırda rayon prokurorluğunda faktla bağlı araşdırma aparılır.

Gəlinin dəfn mərasimi keçirilir. Həmin yerdən olan görüntünü təqdim edirik:

***10:47

Şamaxıda baş vermiş hadisə də bəzi təfərrüatlar məlum olub.

NOCOMMENT.az -ın yerli bürosu xəbər verir ki, İlkin məlumata əsasən, tərəflərin üç ay əvvəl evləndikləri və əvvəldən qohum olduqları məlum olub.

Onlar əmi qızı, əmi oğlu olublar.

Bir müddət əvvəl də aralarında mübahisələr olduğu bildirilir. Qız evi qızlarını oğlandan qoruyurlarmış.

Hazırda rayon prokurorluğunda faktla bağlı araşdırma aparılır.

***

Şamaxıda qadın odlu silahla qətlə yetirilib.

Bu barədə NOCOMMENT.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin regional qrupundan məlumat verilib.

Qətldə qadının həyat yoldaşı P.Tağıyev şübhəli bilinir.

Rayon sakini P.Tağıyev əvvəllər polis şöbəsində polis nəfəri kimi xidmət edib, lakin bir müddət öncə öz arzusu ilə xidmətdən xaric olunub.

Onun qısqanclıq zəminində odlu silahdan açdığı atəşlə G.Eynalovaya xəsarət yetirdiyi bildirilir. Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb. P.Tağıyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.