Azərbaycan Muay Tay Federasiyasının prezidenti Azər Həsənsoy, Kikboksinq Federasiyasının vitse-prezidenti Elşən Abdulrəhmanov və muay tay üzrə yığma komandanın baş məşqçisi Vüqar Əsədovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
NOCOMMENT.az xəbər verir ki, Türkiyənin Antalya şəhərində keçirilən məhkəmə prosesində adı çəkilən şəxslərin təqsiri sübuta yetirilməyib və cinayət işinə xitam verilib.
Türkiyənin Antalyada Azərbaycan Muaytay Federasiyasının keçmiş prezidenti Araz Musayevə qarşı törədilən hücumla bağlı cinayət işi üzrə məhkəmə prosesi çərçivəsində daha üç nəfər barədəsində hökm oxunub. Antalya 5-ci Ağır Ceza Məhkəməsi hadisədə iştirak etdikləri bildirilən Rəşad Səlimov, Fuad Babayev, Eynulla Babazadənin hər birini qəsdən adam öldürməyə cəhd ittihamı ilə 17 il 6 ay müddətinə azadlıqdan məhrum edib.
Araz Musayev Türkiyə məhkəməsinin qərarından sonra video paylaşaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib.
O, bildirib ki, Türkiyədə verilən hökmün ancaq hadisə törədilən zaman olan sübutlar əsasında olduğunu deyib, bu hadisənin sifarişçisi və digər faktlarla bağlı sübutların olmaması səbəbindən ancaq adıçəkilən üç şəxs həbs edilib. Musayev Prezidentə müraciətində digər günahkarların da cəza alması üçün prokurorluğa bu məsələnin araşdırılması barədə göstəriş verməsini rica edib.
“Ümid edirəm ki, bütün məsələlər hüquqi müstəvidə obyektiv şəkildə araşdırılacaq və ədalət öz yerini tapacaq”, – Araz Musayev deyib.
Sara
NOCOMMENT.az












