Ukraynda Rusiyanın zavodlarına zərbə endirir - VİDEO

Ukraynda Rusiyanın zavodlarına zərbə endirir - VİDEO

Rusiyanın ən iri beş neft emalı zavodundan biri olan və ildə təxminən 15 milyon ton neft emal edən "Slavneft-YANOS" müəssisəsi dron hücumuna uğrayıb.

NOCOMMENT.az xəbər verir ki, vilayət qubernatoru Mixail Evrayev bölgədə ən kütləvi PUA hücumunun qeydə alındığını və bütün 88 dronun məhv edildiyini açıqlayıb.

Qubernator bildirib ki, hadisə nəticəsində ölən və ya xəsarət alan yoxdur, lakin bir fərdi ev yanaraq kül olub, bir neçə çoxmənzilli binanın pəncərələri sınıb və sakinlərin şəxsi avtomobillərinə ziyan dəyib.

Həmçinin hücum səbəbindən Yaroslavldan Moskva istiqamətinə çıxışda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılıb.