Ukrayna Silahlı Qüvvələrinin növbəti dron hücumu nəticəsində Rusiyanın "Rosneft" şirkətinə məxsus Saratov Neft Emalı Zavodunun fəaliyyəti dayandırılıb.
NOCOMMENT.az xəbər verir ki, "Reuters" agentliyinin məlumatına görə, atəşlər nəticəsində istehsal obyektləri zədələnib və müəssisədə yanğınlar baş qaldırıb. İllik gücü təxminən 7 milyon ton olan zavodda dronlar ilkin neft emalının vahid "AVT-6" qurğusunu sıradan çıxarıblar.
Hər il 1 milyon tondan çox benzin və təxminən 2 milyon ton dizel yanacağı istehsal edən zavod Sankt-Peterburq birjasında məhsul satışını tamamilə dayandırıb. Mütəxəssislərin və mənbələrin qiymətləndirmələrinə əsasən, bərpa işlərinin başa çatdırılması üçün iki-üç həftə vaxt tələb oluna bilər.
Sara,
NOCOMMENT.az












