Göyçay rayonunda intihar hadisəsi baş verib.
NOCOMMENT.az-ın xəbərinə görə, 68 yaşlı Cəfər Cəfərov gözətçi işlədiyi evdə özünə tüfənglə atəş açaraq intihar edib. Araşdırmalar zamanı evin Ucar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı (2005-2010-cu illər) Arzu Qafurova məxsus olduğu müəyyənləşib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.












