Eyni cəzaçəkmə müəssisəsində cəza çəkdiyi məhkum yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Nurulla Ələkbərlinin cinayət işi üzrə məhkəməsi başlayıb.
NOCOMMENT.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra mərhumun valideyni hüquqi varisliyin qayınanasına verilməsini məhkəmədən xahiş edib.
Daha sonra dövlət ittihamçısı Rauf Malışov ittiham aktını elan edib.
Nurulla Əkbərli ona qarşı elan edilmiş ittihamla özünü təqsirli bilməyib. O, bildirib ki, ifadəsini sonda verəcək.
Məhkəmənin növbəti iclası mayın 19-na təyin edilib.
Qeyd edək ki, Nurulla Əkbərli Pentensiar Xidmətin 7 saylı cəzaçəkmə müəssisəsində birgə cəza çəkdiyi Xəqani Şükürovu qətlə yetirib. Buna səbəb tərəflər arasında şəxsi narazılığın olması olub.
Nurulla Əkbərliyə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb./unikal/












